
Türkiyənin məşhur simalarından olan Burak Özçivit bu dəfə aktyorluq istedadı ilə deyil, daşınmaz əmlak investisiyaları ilə gündəmə gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.
İddialara görə, Özçivit İstanbulun Eyüpsultan rayonunda 150 milyon TL (5 milyon 800 min manat) dəyərində 30 mənzil alıb.
Uğurlu aktyorluq karyerası ilə yanaşı, qazancları ilə də tez-tez gündəmə gələn Özçivit lüks avtomobilləri, xaricdəki fan görüşləri və reklam sövdələşmələri ilə tanınır. Aktyorun son illərdə daşınmaz əmlak investisiyalarına çox diqqət yetirdiyi iddiaları zaman-zaman mediada da yer alıb.