AZ

“Qarabağ”ın “qatili” meydanda yoxdu! – o biri isə...

“Nyukasl”ın baş məşqçisi Eddi Haunun bugünkü oyun üçün meydana buraxacağı heyətlə bağlı bir məqam diqqətimizi çəkdi. Bakıda komandasının 6 qolundan dördünü vuran Entoni Qordon ehtiyatda qalıb. Bakıda hesabı 0:2 edən Malik Tiav isə vərəqə limitini aşdığına görə meydana çıxa bilməz. Hə, bircə 6-cı qolu vuran Ceykob Mörfi start heyətindədi və yarımmüdafiənin sağ cinahında yer alıb. “Qarabağ” bu gün yaxşı oynasa, çox güman, Hau Qordonu da meydana buraxmalı olacaq. Hər halda, Bakıdakından daha yaxşı nəticəyə ümid edək...
ORXAN

Seçilən
11
1
football-plus.az

2Mənbələr