AZ

Bu gözəlliyin altında çox böyük təhlükə var - FOTOLAR

Kvadrat dalğalar və ya çarpaz dalğalar ən təhlükəli su hadisələrindən biridir.

"Unikal" xəbər verir ki, bu dalğalar düz bucaq altında kəsişir və su hövzəsinin səthində dama taxtasına bənzər bir naxış yaradır. Bu, külək dalğaları bir istiqamətə, dəniz cərəyanı isə onları başqa istiqamətə itələdikdə baş verir. Digər bir səbəb isə küləyin istiqamətindəki dəyişiklikdir: yeni hava cərəyanı dalğalar üçün yeni bir istiqamət müəyyən edir və onların əvvəllər əmələ gəlmiş dalğalarla kəsişməsinə səbəb olur. Kvadrat dalğalar həm sahil yaxınlığında, həm də okeanın ortasında baş verir. Lakin bu fenomeni görmək üçün ən məşhur yer Fransadakı İl de Redir.

Bu dalğalar gözəl olsa da, çox təhlükəlidir... Kvadrat dalğalar gəmiləri və qayıqları tələyə sala bilər. Kəsişən dalğalar gəmini asanlıqla aşıra biləcək qeyri-sabit cərəyanlar və burulğanlar yaradır. Çarpaz dalğaları olan dənizdə üzmək də qəti qadağandır. Hətta təcrübəli üzgüçü belə xaotik cərəyanın öhdəsindən gələ bilməz.

Seçilən
12
1
unikal.az

2Mənbələr