AZ

Viktor Osimhen: İstədiklərimizi edə bilmədiyimiz hər oyundan sonra üzülürəm

Viktor Osimhen: İstədiklərimizi edə bilmədiyimiz hər oyundan sonra üzülürəm

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçiriləcək "Yuventus" - "Qalatasaray" oyunu öncəsi təşkil edilən mətbuat konfransında maraqlı açıqlamalarla çıxış edib.

AFN.az xəbər verir ki, nigeriyalı forvard həm komanda daxili atmosfer, həm də öz futbol fəlsəfəsi barədə sualları cavablandırıb: "Mən hər zaman komanda yoldaşlarımı motivasiya etməyə çalışıram. Onlara söylədiyimi də nümunə olaraq sahədə əks etdirməyə çalışıram. Əgər komanda yoldaşlarıma bir söz deyirəmsə, bunu özüm də etməliyəm. Ona görə də istedad heç vaxt kifayət deyil, çox çalışmaq lazımdır."

Ulduz futbolçu qələbəyə olan hərisliyini də gizlətməyib: "Sizə açıq danışacağam, mən uduzmağı sevən biri deyiləm. Dolayısı ilə istədiklərimizi edə bilmədiyimiz hər oyundan sonra üzülürəm. Məni səhv anlamanızı istəmirəm, paltardəyişmə otağında bir çox komanda yoldaşım motivasiya üçün məndən kömək istəyir. Lemina, Torreyra və Abdülkerim Bardakcıya dəstək olduğum anlar olub. Biz əl-ələ verməliyik. Çünki mən "Qalatasaray"ı çox sevirəm".

Xatırladaq ki, ilk matçda rəqibini 5-2 hesabı ilə məğlub edən "Qalatasaray" fevralın 25-də Turində üstünlüyünü qorumağa və növbəti mərhələyə yüksəlməyə çalışacaq.

Seçilən
34
afn.az

1Mənbələr