AZ

Türkiyədə dəhşətli qəza: 5 nəfər ölüb, 2 nəfər yaralanıb - FOTO

Türkiyənin Diyarbakır bölgəsindəki Çinar rayonunda iki avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber məlumat verib.

Diyarbakır valiliyindən verilən açıqlamada Çinarköy məhəlləsinin çıxışında iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində faciəli yol qəzasının baş verdiyi bildirilib. Qəza nəticəsində sürücülər də daxil olmaqla 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Məlumatda yaralıların hazırda xəstəxanada müalicə aldığı qeyd edilib və əlavə edilib:

"Qəzadan sonra hadisə yerinə səhiyyə, jandarma və müvafiq qruplar göndərilib. Hadisə ilə bağlı araşdırma davam edir. Həyatını itirənlərin ailələrinə və yaxınlarına başsağlığı veririk və yaralılara tezliklə sağalmalarını arzulayırıq".

QAZİLER.AZ

 

Seçilən
43
qaziler.az

1Mənbələr