AZ

İnyesta Yamalın “Qızıl top”u qazanmaq şanslarını qiymətləndirib

“Barselona”nın keçmiş oyunçusu Andres İnyesta “blauqrana”nın və İspaniya yığmasının hücumçusu Lamin Yamalın “Qızıl top”u qazanmaq şanslarından danışıb.

“Hər şey onun inkişaf edib-etməməsindən asılıdır. Onun istedadı və işgüzarlığı var - bu, onun üçün ciddi bir çağırışdır.

Bunu əldə etmək üçün lazım olan hər şeyə malikdir. Ümid edirəm ki, o, hazırda göstərdiyi irəliləyişi davam etdirəcək, çünki “xüsusilə “Barselona” azarkeşləri və İspaniya xalqı üçün” onun səviyyəsində bir oyunçuya sahib olmaq çox vacibdir”, - deyə “Marca” İnyestanın sözlərini sitat gətirir.

Bu mövsüm 18 yaşlı Yamal bütün yarışlarda 33 oyun keçirib, 15 qol vurub və 14 məhsuldar ötürmə edib.

İdman.Biz
Seçilən
22
idman.biz

1Mənbələr