AZ

ABŞ prezidentini canlandıracaq

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Məşhur Hollivud ulduzu Tom Henks yeni layihədə rol alacaq.

Axşamm.az xəbər veror ki, o, yazıçı Corc Saundersin eyniadlı romanı əsasında çəkiləcək “Lincoln in the Bardo” filmində ABŞ-nin keçmiş prezidenti Abraham Linkoln obrazını canlandıracaq.

Roman “The New York Times”ın ən yaxşı kitablar siyahısına daxil edilib və 2017-ci ildə "Buker" mükafatına layiq görülüb.

Film Linkolnun bu yaxınlarda vəfat etmiş 11 yaşlı oğlu ilə münasibətlərindən bəhs edəcək. Hadisələrə görə, oğlanın ruhu ölümündən sonra dirilər və ölülər aləmi arasında qalır. Hekayə canlı, ölü, tarixi, həm də uydurma personajların dili ilə təqdim olunacaq.

Ekran işinin çəkilişləri Londonda aparılacaq.

Filmin rejissoru və prodüseri “Anomalisa” filmi ilə tanınan Dyuk Conson olacaq. Ssenarini isə romanın müəllifi özü yazacaq. Tom Henks eyni zamanda layihənin prodüserlərindən biri kimi çıxış edəcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
axsam.az

1Mənbələr