AZ

Məşhur aktyor intihar etdi

“Azad edilmiş Cenqo” filmi ilə tanınan amerikalı aktyor Robert Karradin intihar edib.

Axşam.az xəbər verir ki, bu barədə Deadline nəşri məlumat yayıb.

71 yaşlı aktyor iyirmi il ərzində bipolyar pozuntudan əziyyət çəkib. Onun xəstəliyi səbəbindən intihar etdiyi bildirilir.

Qeyd edək ki, Robert kinoda debütünü 1972-ci ildə “Kovboylar” filmində edib. Sonrakı illərdə “Evə dönüş”, “Şər küçələr”, “Böyük qırmızı diviziya”, “Uzaqdan çapıb gələnlər” və “Qəribələrin qisası” filmlərində rol alıb. 2000-ci illərdə isə “Lizzi Makqayr” serialında çəkilib.

DOĞRU.AZ 

Seçilən
10
1
dogru.az

2Mənbələr