AZ

Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün həmişə prioritet olub



"Cənubi Qafqazda sülh və sabitlik Türkiyə üçün həmişə prioritet olub. Onilliklər davam edən münaqişədən sonra indi davamlı sülhün bərqərar olması və çiçəklənən Cənubi Qafqaz qurmaq üçün tarixi bir fürsətlə qarşılaşırıq".

Newscenter.az xəbər verir ki, bunları Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuad Oktay Bakıda olarkən deyib. O bildirib ki, Azərbaycan-Ermənistan sülh prosesinin uğurla başa çatmasını qətiyyətlə dəstəkləyirik:

"Azərbaycan və Ermənistan arasında atılan son addımların etimadın qurulmasına töhfə verdiyini görürük. “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu (TRIPP)” Layihəsi Azərbaycanı Naxçıvanla birləşdirəcək və Şərq-Qərb nəqliyyat yollarını gücləndirəcək bir əlaqə təşəbbüsü olacaq. Bu layihə Cənubi Qafqazda iqtisadi inteqrasiyanı gücləndirəcək və bütün region üçün əhəmiyyətli iqtisadi təkan mənbəyi olacaq. İnanıram ki, Gürcüstan da bu layihə sayəsində regiondakı ümumi iqtisadi dinamizmdən faydalanacaq".

Süleyman
Seçilən
13
1
newscenter.az

2Mənbələr