AZ

Iran XİN rəsmisi: İran ABŞ-la razılaşmaya ən qısa zamanda nail olmağa hazırdır » AzadMedia.az

Iran

İran ABŞ-la danışıqların nəticəsi olaraq mümkün qədər tez razılaşma əldə etməyə hazır olduğunu bəyan edib.

İran xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi ABŞ-ın Milli İctimai Radiosuna (NPR) müsahibəsində Cenevrədə keçirilən danışıqların perspektivlərini şərh edərkən bildirib ki, Tehran razılaşmaya nail olmaq üçün bütün zəruri addımları atmağa hazırdır.

“Biz Cenevrədə danışıqlar zalına tam səmimiyyət və xoş niyyətlə daxil olduq. Ümid edirik ki, amerikalılar da bu xoş niyyətə qarşılıq verəcəklər. Əgər bütün tərəflərdə siyasi iradə olarsa, hesab edirəm ki, razılaşma ən qısa zamanda əldə edilə bilər. Danışıqların mövzusu nüvə məsələsidir və bu, bütün tərəflər tərəfindən qəbul olunur”, – deyə o qeyd edib.
Xatırladaq ki, son günlər Cenevrə şəhərində İran və ABŞ arasında iki raund dolayı danışıqlar keçirilib. Görüşlərə Oman Sultanlığı vasitəçilik edib.

Tərəflər arasında əsas müzakirə mövzusu İranın nüvə proqramı və bununla bağlı mümkün razılaşmanın şərtləridir. Danışıqların yaxın vaxtlarda davam etdiriləcəyi gözlənilir.

Seçilən
11
1
azadmedia.az

2Mənbələr