AZ

Səkinə İsmayılovanın 70 yaşı tamam olur

Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Səkinə İsmayılovanın bu gün 70 yaşı tamam olur.

Hafta.az xəbər verir ki, "Həmin Zaur" verilişində qonaq olan sənətçi öz arzusunu dilə gətirib:

"Hər bir sənətkara Allah nəsib etsin ki, sənətə 50 il xidmət edə bilsin, hətta bundan da çox qismət etsin. İndi sağlam ömür yaşamaq istəyirəm. Şükür ki, Allah mənə bu gücü verib. Bunu mənə çox görməsin. İki dəfə Həcc ziyarətində olmuşam. Orada olanda da deyirdim ki, Allahım, bizə verdiklərini çox görmə. Gör Allah bizə nələr verib. Əlimizin, qolumuzun, görkəmimizin qiymətini bilməliyik. Üstəlik bizə sevgi və sənət də verib. Ona görə də Allahıma şükür edirəm".

Seçilən
28
1
hafta.az

2Mənbələr