AZ

Aİ Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Avropa İttifaqında Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması ilə bağlı sənəd imzalanıb. Vəsaitin yaz aylarında verilməsi nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, Avropa Parlamentinin sədri Roberta Metsola sosial şəbəkə hesabında paylaşım edərək sənədi parlament adından imzaladığını bildirib.

O qeyd edib ki, kredit Ukraynada əsas dövlət xidmətlərinin fəaliyyətinin təmin olunması, müdafiə qabiliyyətinin saxlanılması, ümumi təhlükəsizlik və azadlığın qorunması, eləcə də davamlı sülhün əldə edilməsi üçün vacibdir.

Kreditin ayrılması üçün tələb olunan üç əsas sənəddən ikisi artıq təsdiqlənib. Lakin Aİ-nin uzunmüddətli büdcəsinə dəyişiklikləri nəzərdə tutan üçüncü sənəd Macarıstan tərəfindən bloklanır.

Aİ liderləri 2025-ci il 18-19 dekabr tarixlərində keçirilən sammitdə Ukraynaya 2026-2027-ci illər üçün 90 milyard avro kredit ayrılması barədə razılığa gəliblər.

Yeni maliyyə paketi Aİ-nin birgə borclanması mexanizmi əsasında formalaşdırılıb. Macarıstan, Slovakiya və Çexiya təşəbbüsdə iştirakdan imtina ediblər. Kreditin fevralın 27-də qüvvəyə minməsi, vəsaitin isə martın ikinci yarısında ayrılması gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
oxu.az

1Mənbələr