AZ

Robert De Niro: “Tramp ölkəni məhv edəcək”

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Hollivud aktyoru amerikalıları Trampdan qurtulmağa səsləyib

Hollivud aktyoru Robert De Niro ABŞ Prezidenti Donald Trampı "axmaq" adlandırıb və amerikalıları "ondan qurtulmağa" çağırıb. AYNA.AZ xəbər verir ki, o ölkənin gələcəyi ilə bağlı fikirlərini MSNBC-nin "Nikol Uolleslə ən yaxşı insanlar" podkastında bölüşüb.

De Niro bildirib ki, Tramp "ölkəni məhv edəcək", ona görə də vətəndaşları "ondan qurtulmalıdırlar".

"İstəmirəm ki, hamı MAGA (Amerikanı yenidən böyük edək) lövhələri və Amerika bayraqları ilə gəzsin. Sanki onlar yeganədirlər. Biz də amerikalıyıq", - aktyor qəzəblə deyib.

De Niro hazırkı Ağ Ev administrasiyasını dəfələrlə tənqid edib. OLeonardo DiKaprio da daxil olmaqla bir çox yaradıcı həmkarları kimi seçkilərdə Demokrat Partiyasının namizədi Kamala Harrisi dəstəkləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
ayna.az

1Mənbələr