"Barselona" heyətini gücləndirmək istiqamətində işlərini davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisi "İnter"in müdafiəçisi Alessandro Bastoni ilə yaxından maraqlanır və onun çıxışını diqqətlə izləyir.
Lakin transferin reallaşması "Barselona" üçün asan görünmür. Belə ki, futbolçunun transfer qiyməti kifayət qədər yüksəkdir. Bundan əlavə, 26 yaşlı müdafiəçi hazırda "İnter"lə yeni müqavilə ilə bağlı danışıqlar aparır.
Bastoninin mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Nüfuzlu "Transfermarkt" portalının məlumatına əsasən, italiyalı futbolçunun bazar dəyəri 80 milyon avro təşkil edir.
Qeyd edək ki, Bastoni cari mövsümdə 32 oyunda meydana çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.