AZ

Van de Ven “Tottenhem”dən ayrılır?

"Tottenhem"in müdafiəçisi Mikki van de Ven yay transfer pəncərəsində komandasını dəyişə bilər.

90deqiqe.Az-ın "TEAMtalk"a  istinadən məlumatına görə, 24 yaşlı futbolçu gələcəyi ilə bağlı variantları nəzərdən keçirir.

Niderlandlı futbolçunun durumunu yaxından izləyən klublar arasında "Real Madrid", "Liverpul" və "Mançester Yunayted" yer alır. Sözügedən klublar futbolçunun agenti ilə danışılqara başlayıb.

Van de Venin London klubu ilə müqaviləsi 2029-cu ilin ortalarınadək qüvvədədir. Nüfuzlu Transfermarkt portalı müdafiəçinin bazar dəyərini 65 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, 2025/2026 mövsümündə van de Ven 33 oyunda iştirak edib və 7 qola imza atıb.

Seçilən
14
90deqiqe.az

1Mənbələr