Bakı.Trend:
Pakistan və Əfqanıstan sərhədində silahlı toqquşma başverib.
Trend-in məlumatına görə, bu barədə Əfqanıstanın "TOLO News"televiziya kanalı mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Əfqanıstanın Nəngərhar vilayətinin Nazianrayonunda, Durand xətti yaxınlığında iki ölkənin sərhədçiləriarasında toqquşma baş verib. Xinhua xəbər agentliyi İslaməmirliyinin hakimiyyət orqanlarına istinadən bildirib ki,sərhəddəki vəziyyətin artıq normallaşıb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumatverilməyib.