AZ

“Barselona” Omar Marmuşla maraqlanır

“Barselona” əsas transfer hədəfi olaraq qalan “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresə alternativ olaraq “Mançester Siti”nin hücumçusu Omar Marmuşu nəzərdən keçirir.

İdman.Biz bu barədə Sport.es-ə istinadən bildirir.

Mənbənin məlumatına görə, Kataloniya klubu yayda hücum xəttini gücləndirmək üçün xeyli pul xərcləməyə hazırdır, lakin “Atletiko”nun argentinalı oyunçunu dəyərləndirdiyi 150 milyon avronu vermək istəmir.

“Blauqrana” əmindir ki, “Mançester Siti” Marmuşu bu yay transfer edəcək, çünki o, istədiyi oyun müddətini qazana bilmir. “Şəhərlilər” 27 yaşlı hücumçunu 2025-ci ilin qışında “Ayntraxt Frankfurt”dan aldığı 75 milyon avrodan daha ucuza satmağa hazırdırlar.

Bu mövsüm Marmuş bütün turnirlərdə 24 oyunda meydana çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 65 milyon avrodur.

İdman.Biz
Seçilən
11
1
idman.biz

2Mənbələr