AZ

Latviyada Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Fevralın 23-də Azərbaycanın Latviyadakı Səfirliyinintəşkilatçılığı ilə Riqa şəhərinin tarixi-memarlıq abidəsi olanKiçik Gildiyada Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuşanım tədbiri keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə Latviyanın sabiq Prezidenti ValdisZatlers, Latviya Seyminin deputatları, diplomatik missiyalarınrəhbərləri, yerli akademik, mədəni və dini dairələrinnümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri,eləcə də bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirakediblər.

Tədbirin açılışında çıxış edən Azərbaycanın Latviyadakı səfiriElnur Sultanov 34 il əvvəl, fevralın 25-dən 26-na keçən gecəErmənistanın Azərbaycana qarşı təcavüzü zamanı ötən əsrin əndəhşətli insanlıq əleyhinə cinayətlərindən biri olan Xocalısoyqırımının törədildiyini diqqətə çatdırıb və faciə barədə ətraflıməlumat verib.

E.Sultanov bir sıra beynəlxalq təşkilatlar və parlamentlər, ocümlədən Latviya Seymi tərəfindən Xocalı qətliamının soyqırımı vəya insanlıq əleyhinə cinayət olduğunu bəyan edərək pislədiyini qeydedib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanıntəşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalqmaarifləndirmə kampaniyasının Xocalı faciəsi barədə məlumatlılığınartırılmasındakı mühüm rolunu vurğulayıb.

Səfir 2020-ci ildə Vətən müharibəsi və 2023-cü ildə antiterrortədbirləri nəticəsində Azərbaycanın öz ərazi bütövlüyü vəsuverenliyinin bərpa etməsini, o cümlədən Xocalının azad edilməsinivə müharibə cinayətkarlarının ədalət mühakiməsi qarşısınaçıxarılmasının tarixi ədalətin təcəssümü olduğunu bildirib. O,ölkəmizin Ermənistan tərəfindən törədilmiş hərbi cinayətlərinaraşdırılması üçün qətiyyətli addımların atdığını, Xocalısoyqırımının 34-cü ildönümü ərəfəsində erməni cinayətkarlarınaoxunmuş hökmlərin yalnız ədalətin bərpası olmadığını, həm dəgünahsız Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olduğunuqeyd edib.

Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Ermənistanmünasibətlərinin normallaşdırılması məqsədilə ölkəmiz sülhgündəliyini irəli aparmaq üzrə səylərini davam etdirir, eynizamanda xalqımıza qarşı törədilmiş vəhşiliklər unudulmayacaq vəXocalı qurbanlarının əziz xatirəsi daim qəlbimizdəyaşayacaqdır.

Anım tədbiri faciə qurbanlarının xatirəsinə həsr edilmiş klassikmusiqi proqramı ilə davam edib. Gənc azərbaycanlı musiqiçilər,Əzizə Salahova skripkada və Nərmin Nəcəfli pianoda Azərbaycan,Latviya və digər ölkələrin tanınmış bəstəkarlarının əsərlərinisəsləndiriblər.

Latviyada
Latviyada
Latviyada
Latviyada
Latviyada
Latviyada
Latviyada
Latviyada
Seçilən
2
3
az.trend.az

4Mənbələr