AZ

Trampın Sülh şurası BMT ni belə məhv edəcək: Türk faktoru gündəmdə...

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən yeni “Sülh Şurası” ideyası qlobal siyasətdə ciddi müzakirələrə səbəb olub. Yeni platforma beynəlxalq münasibətlər sistemində dəyişikliklərin sürətləndiyini göstərməklə yanaşı, BMT-nin rolunun gələcəyi ilə bağlı sualları da gündəmə gətirir.

Globalinfo.az xəbər verir ki, dünya siyasi arxitekturası hazırda dərin transformasiya mərhələsinə daxil olub və mövcud beynəlxalq institutlar əvvəlki təsir gücünü tədricən itirir.

Bu fonda Trampın təşəbbüsü ilə yaradılması nəzərdə tutulan Sülh Şurası təkcə diplomatik addım deyil, alternativ qlobal idarəetmə mexanizmi kimi qiymətləndirilir.

İlkin mərhələdə Qəzza məsələsinin həllinə yönələn təşəbbüs qısa müddətdə regional çərçivəni aşaraq daha geniş siyasi platformaya çevrilib.

Qeyd olunur ki, türk dünyası ölkələri, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistan yeni siyasi reallıqları digərlərindən daha tez qiymətləndirərək prosesdə fəal mövqe nümayiş etdiriblər.

Avropa İttifaqı ölkələrinin böyük hissəsi isə hüquqi şübhələr və BMT-nin rolunun zəifləməsi ilə bağlı narahatlıqları əsas gətirərək təşəbbüsə tam qoşulmayıb. Bununla belə, İtaliya, Rumıniya və Kipr müşahidəçi statusunda iştirak etməyə razılıq verib, Macarıstan isə layihəyə daha açıq dəstək göstərib.

Analitiklər bunu Avropa daxilində vahid mövqenin olmaması ilə izah edirlər. Bildirilir ki, Sülh Şurası yaxın perspektivdə BMT-ni tam əvəz etməsə də, effektiv fəaliyyət göstərəcəyi halda təşkilatın qlobal qərarvermə monopoliyasını zəiflədə bilər. Bu isə beynəlxalq münasibətlərdə bir neçə güc mərkəzinin paralel fəaliyyət göstərdiyi yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Beləliklə, ekspertlərin qənaətinə görə, türk dövlətlərinin prosesdə fəal iştirakı strateji seçim hesab olunur və yeni formalaşan dünya nizamında söz sahibi olmaq məqsədi daşıyır.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
globalinfo.az

1Mənbələr