AZ

Şəmkirdəki qəzada xəsarət alanların kimliyi BİLİNDİ

Şəmkirdə baş verən ağır qəza zamanı xəsarət alanların şəxsiyyəti müəyyənləşib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, iki avtomobilin toqquşması zamanı Gədəbəy rayon sakinləri 2006-cı il təvəllüdlü K. Səlimov, 1988-ci il təvəllüdlü A. Vəliyeva, 1960-cı il təvəllüdlü N. Səlimova və Şəmkir rayon sakini 1959-cu il təvəllüdlü T. Qocayeva xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. 

Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Qeyd edək ki, qəza nəticəsində Gədəbəy rayon sakini, 1953-cü il təvəllüdlü Fəxrəddin Məmmədov dünyasını dəyişib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu.

Seçilən
10
bizim.media

1Mənbələr