AZ

Gəncədə çərşənbə tonqalında bədbəxt hadisə - Yeniyetmə yandı

Gəncədə 17 yaşlı yeniyetmə yanıq xəsarətləri alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 2009-cu il təvəllüdlü T.Şükürov bədənin müxrəlif nahiyyələrinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun birinci dərəcəli termiki yanıq xəsarətləri aldığı qeyd olunur.

İlkin məlumata görə, yeniyetmə bayram çərşənbəsində yandırılan tonaqlda xəsarət alıb. Onun müalicəsi davam etdirilir.

Seçilən
16
10
teleqraf.com

10Mənbələr