AZ

12 əməliyyat keçirən tanınmış bloqerin FACİƏVİ SONU: 59-cu prosedurda ÖLDÜ

Britaniyada “dodaq kralı” ləqəbli bloqer 59-cu kosmetoloji prosedurdan sonra vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə Britaniya KİV-ləri məlumat yayıb.

Britaniyalı inflyuenser və televiziya şoularının ulduzu, plastik əməliyyatlara aludəçiliyi ilə tanınan və “dodaq kralı” (The Lip King) kimi məşhurlaşan Cordan Ceyms Park növbəti uğursuz gözəllik prosedurundan sonra dünyasını dəyişib.

Hadisə ilə əlaqədar iki nəfər ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə saxlanılıb.

Qeyd olunur ki, Cordanın özü də kosmetoloq kimi fəaliyyət göstərib.

O, 2024-cü ildə bir qadının omba böyütmə əməliyyatı zamanı ölümünə səbəb olmaqda şübhəli bilinərək saxlanılmışdı.

Öldüyü günə qədər Park həmin cinayət işi üzrə zaminə buraxılmışdı və ona qarşı hələ rəsmi ittiham irəli sürülməmişdi.

Kim Kardaşyana bənzəmək həvəskarı olan bloqer həyatı boyu 59 kosmetoloji prosedur və 12 plastik əməliyyat keçirmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
11
1
interpress.az

2Mənbələr