AZ

Kirkorovun yarım milyon kommunal borcu var

Axsham.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyanın Xalq artisti Filipp Kirkorovun kommunal xidmət haqları üzrə yarım milyon rubldan çox borc yığıb.

Axşam.az xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, müğənni ötən ildən etibarən Moskvanın mərkəzində yerləşən, ümumi dəyəri 1 milyard rubldan artıq olan elit mənzillərinə görə ödəniş etmir.

Məlumata görə, 58 yaşlı sənətçi paytaxtın mərkəzində ümumi dəyəri 1,3 milyard rublu keçən 8 mənzilə sahibdir. Onun 1,15 milyard rubl dəyərində olan üç daşınmaz əmlakı Arbat yaxınlığında, Filippovski dalanında yerləşir. Bunlara 650 milyon rubl dəyərində, sahəsi 537 kvadratmetr olan penthaus, eləcə də birinci mərtəbədə yerləşən və hər birinin qiyməti 480 milyon rubl olan, sahələri 209 və 190 kvadratmetr təşkil edən iki bitişik mənzil daxildir. Həmin ünvanda ümumi dəyəri 20 milyon rubl olan iki avtomobil dayanacağı yeri də var. Müğənninin bu əmlaklara görə kommunal borcu hazırda 456 min rubl təşkil edir.

Onun nisbətən ucuz, ümumi dəyəri 180 milyon rubl olan beş mənzili isə paytaxtın Taqanski rayonunda, Zemlyanoy Val küçəsində yerləşən binadadır. Müğənni ikinci mərtəbədəki üç mənzil birləşdirilərək ümumi sahəsi 205 kvadratmetr olan vahid mənzilə çevrilib. Eyni binanın qonşu girişində, üçüncü mərtəbədə yerləşən daha iki mənzil də birləşdirilib və nəticədə sahəsi 135 kvadratmetr olan başqa bir mənzil formalaşıb. Bu əmlaklara görə sənətçinin 65 min rubl kommunal borcu var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
axsam.az

1Mənbələr