AZ

“Barselona” “Mançester Siti”nin hücumçusunu istəyir

“Barselona” yay transfer dönəmində hücum xəttini gücləndirmək üçün Omar Marmuşu nəzərdən keçirir. 

İdmanxeber.az-ın məlumatına görə, katalonlar hücuma ciddi vəsait ayırmağa hazırdır. “Mançester Siti” hücumçuya istədiyi qədər oyun vaxtı vermədiyi üçün Marmuşu yayda transferə çıxara bilər.

İngiltərə təmsilçisinin 27 yaşlı forvardı 75 milyon avrodan aşağı qiymətə satması mümkündür.

Marmuş cari mövsümdə bütün turnirlərdə 24 oyunda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Seçilən
10
idmanxeber.az

1Mənbələr