AZ

Güllünün ölümü "Arka sokaklar"da - FOTO

"Arka Sokaklar" serialı yeni bölümü ilə yenidən diqqət mərkəzinə düşüb. Kanal D ekranlarında yayımlanan və kanalın ən uzunömürlü layihəsi sayılan serialın 741-ci bölümü sosial mediada geniş müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki,yeni bölümün ikinci treyleri yayımlandıqdan dərhal sonra "Güllü istintaqı" mövzusu trendə çevrilib. Süjet xəttində məşhur sənətçi Songül Tanın terrasdan yıxılaraq həyatını itirməsi araşdırılır. Serialda Rza Baba mətbuata açıqlama verir, komanda isə ölümün qəza yoxsa qətl olduğunu müəyyənləşdirməyə çalışır.

Cümə axşamı yayımlanacaq bölüm izləyicilər arasında fikir ayrılığı yaradıb. Bəzi tamaşaçılar hadisələrin real həyatla paralel şəkildə təqdim olunmasından narahat olduqlarını bildirsələr də, digərləri serialın aktual mövzulara toxunmasını müsbət qiymətləndiriblər.

Treylerdə diqqət çəkən digər məqam isə Güllünün qızı Tuğyan obrazını canlandıran aktrisanın oxşarlığı olub. Tamaşaçılar Tuğyan və Sultana bənzərliyi ilə seçilən aktrisa seçimini uğurlu hesab ediblər.

Xatırladaq ki, 26 sentyabr tarixində Yalovada altıncı mərtəbədən yıxılaraq vəfat edən sənətçi Güllünün ölümü ilə bağlı istintaq davam edir. Hadisə çərçivəsində onun qızı Tuğyan Ülkəm Gülter "yaxın qohumunu qəsdən öldürmək" ittihamı ilə həbs olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
13
milli.az

1Mənbələr