AZ

Fransa səfirliyindən Su çərşənbəsi paylaşımı

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın Azərbaycandakı səfirliyi özünün sosial şəbəkə hesabında Su çərşənbəsi barədə paylaşım edib.

Həmin paylaşımda deyilir:

Bu gün Novruza aparan ilk çərşənbə – Su Çərşənbəsidir.

Su həyatın, təmizliyin və yenilənmənin rəmzidir. İnanclara görə bu gün su oyanır, axar sular təzələnir və insanlara paklıq gətirir.

Bilirdinizmi? Su Çərşənbəsi zamanı insanlar səhər tezdən axar su kənarına gedər, üzlərini yuyar və niyyət tutarlar. Deyilənə görə, həmin gün su bütün dərd-bəlanı özü ilə aparır. Bəzi evlərdə isə su səpilər ki, ruzi-bərəkət artsın, il uğurlu və aydın keçsin.

Qoy su kimi saf, duru və bərəkətli bir iliniz olsun.

Su Çərşənbəniz mübarək!

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
icma.az

1Mənbələr