Ukraynadakı münaqişənin başlanğıcından bəri Avropa İttifaqı Kiyevə 3 milyard avro dəyərində enerji və enerji resursları, eləcə də 11 min generator tədarük edib.
Newscenter.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib. O, sosial media hesabında bu barədə yazıb.
Qeyd edək ki, Rusiyanın Ukraynaya intensiv hava zərbələri səbəbindən ölkənin enerji sistemi iflic vəziyyətə düşüb. Ukraynanın enerji sisteminin bərpası üçün Kiyev hökuməti külli miqdarda vəsaitə ehtiyac olduğunu bildirir.
Anar