AZ

Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirləri Britaniyada görüşəcəklər

BAKI, 24 fevral. TELEQRAF

Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Mərkəzi Asiya ölkələri və Böyük Britaniya xarici işlər nazirlərinin ilk görüşündə iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Qırğızıstan xarici işlər naziri fevralın 25-26-da Böyük Britaniyaya səfər edəcək.

Səfər çərçivəsində Böyük Britaniyanın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi İvet Kuper və maliyyə qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər planlaşdırılır. Kulubayev həmçinin Qırğızıstan-Britaniya Biznes Şurasının növbəti iclasında iştirak edəcək.

Tərəflər ikitərəfli və regional gündəlikdəki cari məsələlər, siyasi, ticari-iqtisadi və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparacaqlar.

Seçilən
13
teleqraf.com

1Mənbələr