AZ

Azərbaycan Mərkəzi Bankı və AFRA maliyyə xidmətlərinin əlçatanlığını və nağdsız ödənişlərin inkişafını müzakirə ediblər (FOTO)

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AzərbaycanPərakəndə Geyim İdxalçıları Assosiasiyasının (AFRA) nümayəndələriilə görüşüb.

Trend bu barədəAMB-yə istinadən məlumat verir.

Qeyd olunur ki, görüş çərçivəsində maliyyə xidmətləri, bankəməliyyatları və ödəniş mexanizmləri ilə bağlı assosiasiyanıngündəliyində olan məsələlər müzakirə olunub.

“Görüşdə həmçinin sahibkarlıq subyektləri üçün maliyyəxidmətlərinin əlçatanlığının və nağdsız ödəniş xidmətlərinineffektivliyinin artırılması istiqamətində Mərkəzi Bank tərəfindənhəyata keçirilən təşəbbüslər barədə məlumat verilib”, -deyəməlumatda qeyd olunur.

Qeyd edək ki, bu ilin yanvarın 1-nə Azərbaycanda banklarınkredit portfelinin strukturunda biznes kreditlәri 53,6% (16,106milyard manat) paya malik olub.

Bu bir ay əvvəlki göstərici ilə müqayisədə 301,5 milyon manat vəya 1,9%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3 milyard manat vəyaxud 8,9% çoxdur.

Hesabat dövründə biznes kreditlərinin strukturunda irisahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,550 milyardmanat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən78,3 milyon manat və ya 2,2%, ötən ilin eyni dövrünə nisbətən isə252,9 milyon manat və ya 3% artım deməkdir.

Eyni zamanda bu ilin yanvarın 1-nə ölkədə orta sahibkarlıqsubyektlərinə 2,289 milyard manat kredit verilib. Bu, bir ay əvvələnisbətən 9,8 milyon manat və ya 0,4%, ötən ilin eyni dövrü iləmüqayisədə isə 455 milyon manat və ya 24,8% çoxdur.

Həmçinin 2026-cı ilin yanvarın 1-nə Azərbaycanda kiçiksahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,707milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 64,9 milyonmanat və ya 3,9%, illik müqayisədə isə 158,3 milyon manat vəya10,2% artım deməkdir.

Bundan başqa, bu ilin yanvarın 1-nə ölkədə mikro sahibkarlıqsubyektlərinə 3,560 milyard manat biznes kreditləri verilib. Bu isəəvvəlki ayla müqayisədə 40,3 milyon manat və ya 1,1%, illikmüqayisədə isə 452,8 milyon manat və yaxud da 14,6% çoxdur.

Azərbaycan
Azərbaycan
Məqalədə:
Seçilən
16
1
az.trend.az

2Mənbələr