AZ

Yenidən sıradan çıxdı

Alfonso Devis növbəti bəxtsizliklə üzləşib.

"Football-plus.az" xəbər verir ki, Bundesliqanın 23-cü turu çərçivəsində “Bavariya”nın evdə “Ayntraxt”a 3:2 hesabı ilə qalib gəldiyi oyunun 50-ci dəqiqəsində zədələnən Alfonso meydanı tərk edib. Klubun idman direktoru Maks Eberl 25 yaşlı müdafiəçinin vəziyyətinin durumunun ciddi ola, onun uzun müddət yaşıl meydanlardan uzaq qala biləcəyini deyib.

Xatırladaq ki, Devisin 2019-cu ildən formasını geydiyi Münhen klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdi. Cari mövsümdə bütün turnirlərdə 12 matçda iştirak edən futbolçu 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
23
1
football-plus.az

2Mənbələr