AZ

Starmerin sözçüsü: Britaniyanın Ukraynaya nüvə silahı verəcəyi barədə məlumat yalandır

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü Rusiya Xarici Kəşfiyyat xidmətinin bu gün yaydığı məlumata münasibət bildirib.

APA-nın “Sky News”ə istinadən verdiyi xəbərə görə, Starmerin sözçüsü deyib ki, Rusiya Prezidenti Vladimir Putin Britaniyanın Ukraynaya nüvə silahı verəcəyi barədə yanlış məlumatlar yaymaqla ölkəsinin cinayətlərindən diqqəti yayındırmağa çalışır.

“Putin açıq şəkildə yalan danışır”, - Britaniya hökumətinin rəsmisi vurğulayıb.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat xidməti bu gün Britaniya və Fransanın Ukraynaya gizli şəkildə nüvə silahı verməyə hazırlaşdığı barədə məlumat yayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
apa.az

3Mənbələr