AZ

Yasamalda necə gəldi manevr edən sürücü motosikleti vurdu VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Paytaxtın Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində qayda pozan sürücü qəzaya səbəb olub. 

Avtosfer.az-ın məlumatına görə, hadisə bir neçə gün əvvəl səhər saatlarında qeydə alınıb.

Kadrlardan göründüyü kimi, “BYD” markalı avtomobil sağ zolaqda hərəkətdə olan motosikleti nəzərə almadan həmin zolağa manevr edir.

Nəticədə o, hərəkətdə olan motosikleti vurur. Bu zaman motosikletçi siqnal verərək sürücüyə etirazını bildirir və ardınca ona yaxınlaşaraq diqqətsiz davranışıyla bağlı irad tutur.

Avtomobilin sürücüsü isə motosikletin yolun ən sağ hissəsi ilə hərəkət etməli olduğunu iddia edir.

Məsələ ondadır ki, zolaq dəyişən sürücü manevr etməzdən əvvəl güzgülər vasitəsilə vəziyyəti qiymətləndirməli və digər hərəkət iştirakçılarına üstünlük verməlidir. Xüsusilə motosikletlər ölçüsünə görə “ölü zona”da daha tez itə bildiyindən, məsafə və yan intervalın qorunmaması belə təmaslarla nəticələnir.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
avtosfer.az

1Mənbələr