AZ

Çempionat oyunları qeyri müəyyən müddətə təxirə salındı

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Çempionat oyunları qeyri-müəyyən müddətə təxirə salındı

Argentina Futbol Assosiasiyasında (AFA) yaranan gərginlik ölkədə çempionat oyunlarının dayandırılması ilə nəticələnib.

QOL.az xəbər verir ki, ESPN-in yaydığı məlumata görə, Argentinanın Gəlirlər və Gömrük Nəzarəti Agentliyinin şikayəti əsasında məhkəmə AFA-nın prezidenti Klaudio Tapianı ifadə verməyə çağırıb. O, 2024-2025-ci illər ərzində təxminən 13 milyon dollar məbləğində sosial sığorta haqlarını mənimsəməkdə şübhəli bilinir.

Məhkəmə qərarı ilə Tapianın ölkədən çıxışına qadağa qoyulub. İş üzrə həmçinin qurumun xəzinədarı Pablo Tovicino, baş katib Kristian Malaspina və digər rəsmi şəxslər də istintaqa cəlb olunublar.

Futbol rəhbərliyi isə bu addımı federasiyaya qarşı hücum kimi qiymətləndirib. AFA İcraiyyə Komitəsi Tapiaya dəstək əlaməti olaraq martın əvvəlinə planlaşdırılan bütün yüksək liqa və digər çempionat oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb. Beləliklə, martın 5-dən 8-nə qədər keçirilməli olan 9-cu turun qarşılaşmaları baş tutmayacaq.

AFA rəsmi bəyanat yayaraq günahsız olduğunu bildirib. Federasiya iddia edir ki, bütün vergi və sosial öhdəliklər vaxtından əvvəl ödənilib və şikayət hüquqi əsasa malik deyil. Hazırda Argentina futbolu tarixinin ən böyük rəhbərlik böhranlarından birini yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
3
qol.az

4Mənbələr