AZ

Kiyevə nüvə silahlarının ötürülməsi bəşəriyyəti təhlükəyə atar: Britaniyalı deputat



Kiyev rejiminə nüvə silahlarının ötürülməsi bəşəriyyətin mövcudluğunu təhdid edər. Bu addım Britaniya və Fransa üçün fəlakətli səhv hesablama olardı.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Britaniya Leyborist Partiyasının lideri Corc Qallouey bildirib.

Onun sözlərinə görə, bu addım, yalnız NATO ilə Rusiya arasında nüvə gərginliyinə səbəb ola biləcək və bəşəriyyətin mövcudluğunu təhdid edə biləcək fəlakətli bir səhv olardı.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat ofisi bildirmişdi ki, Paris və London Kiyevə nüvə bombası və onun çatdırılma sistemini təmin etmək üçün fəal şəkildə çalışır.

Anar
Seçilən
18
1
newscenter.az

2Mənbələr