
ABŞ-ın "Ford" avtomobil şirkətinin "Explorer" modelinə aid 400 mindən çox SUV avtomobilini arxa asqı sistemindəki problemlər səbəbindən geri çağıracağı bildirilib.
AFN.az-ın məlumatına görə, ABŞ Milli Magistral Yol Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən yapılan açıqlamada birləşdirici çubuqların qırılma riski aşkar edildiyi qeyd olunub.
Bildirilib ki, bu detalın qırılması sürücünün sükan idarəetməsini itirməsinə və ciddi qəzalara yol aça bilər. Təhlükəsizlik xəbərdarlığı yalnız "Explorer" modelləri ilə məhdudlaşmayıb. Şirkət həmçinin batareya nasazlıqları və qüsurlu əyləc pedalları səbəbindən daha 40 min 655 avtomobilini də geri çağıracaq.
Qeyd olunub ki, bütün təmir və detal dəyişdirilməsi işləri səlahiyyətli diler mərkəzlərində ödənişsiz olaraq həyata keçiriləcək. "Ford" rəsmiləri sürücüləri təhlükəsizlik qaydalarına əməl etməyə və dilerlərlə əlaqə saxlamağa çağırıb.