
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) İngiltərə və Fransanın Ukraynaya nüvə bombası ötürməyi planlaşdırdığını və bu istiqamətdə işlər apardığını iddia edib.
AFN.az-ın məlumatına görə, SVR London və Parisin Ukraynadakı fəaliyyətləri ilə bağlı rəsmi bəyanat yayıb.
Sözügedən sənəddə İngiltərə və Fransanın Ukraynaya nüvə silahı verməyi hədəflədiyi önə sürülərək bu ifadələrə yer verilib: "Əldə edilən məlumata görə, London və Paris belə bir silahın Kiyevə təhvil verilməsi məsələsi üzərində çalışır. Kiyev nüvə bombasına və ya radioaktiv maddə tərkibli bombaya sahib olarsa, münaqişəni daha əlverişli şərtlərlə bitirə biləcəyinə inanır".
Açıqlamada kəşfiyyat xidməti bu cür planların London və Parisin reallıq hissini itirdiyini göstərdiyini vurğulayıb. Həmçinin, iddialar arasında Almaniyanın bu cür təhlükəli planda iştirak etməkdən qəti şəkildə imtina etdiyi də yer alıb.