AZ

Bloomberg: “Tramp tələsir, Putin isə güzəştə hazır deyil”

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyində dərc olunan materialda belə deyilir.

Agentliyin məlumatına görə, danışıqlar artıq bir neçə dəfə pozulub və hətta bəzi amerikalı məmurlar özəl qaydada etiraf edirlər ki, Putinin tələblərindən imtina etmək istəyinin heç bir əlamətini görmürlər.

“Bu il Əbu-Dabi və Cenevrədə keçirilən üç raundlu üçtərəfli danışıqlar heç bir əhəmiyyətli nəticə verməyib. Bu arada, Tramp ABŞ-nin hərbi yardımı azaltdıqdan sonra, Ukraynanın avroplı müttəfiqləri Kiyevin silah alışını əsasən maliyyələşdirsələr də, danışıqlar prosesindən əsasən kənarda qalırlar”,- məqalədə vurğulanır.

Mənbələr bildirirlər ki, Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar formal şəkildə konstruktiv addım kimi qiymətləndirilsə də, faktiki olaraq dalana dirənib.

- Moskva və Vaşinqton ABŞ-nin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşnerin rəhbərlik etdiyi danışıqlarda kimin ilk təslim olacağı uğrunda yarışırlar. Bu, ya Rusiyanın Donbasın şərqindəki torpaqlar üzərində tam nəzarət də daxil olmaqla bəzi qırmızı xətlərindən, ya da ABŞ-nin Ukraynadan imtina etməsi demək olardı”,- NATO rəsmilərindən biriqeyd edib.

Məqaləıdə qeyd olunur ki, Rusiyada böyük hərbi itkilərə və artan iqtisadi gərginliyə baxmayaraq, Moskva indiyə qədər tələblərindən imtina etmək niyyətində olmadığını göstərib. Bu tələblərə Rusiya qoşunlarının Donetsk bölgəsində ələ keçirə bilmədiyi ərazilər də daxildir. Rusiya həmçinin işğalın əvvəlindən bəri işğal altında olan Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasına (AES) nəzarəti əlində saxlayır.

Ukrayna Rusiyanın Donbasdan qoşunlarını çıxarmaq tələblərini rədd edir və mövcud cəbhə xəttində atəşkəs təşəbbüsünü irəli sürür. ABŞ isə bu ərazidə azad iqtisadi zona yaratmağı və Kiyevə gələcək Rusiya hücumlarına qarşı təhlükəsizlik zəmanəti verməyi təklif edir.

Zaporojye AES-nin taleyi ilə bağlı yekun qərar hələ verilməyib:ABŞ obyekti üç hissəyə bölməyi təklif edib; lakin Amerikanın hətta öz payının Moskva ilə bölüşməyə razı ola biləcəyi ehtimalına baxmayaraq, Kiyev Rusiya ilə hər hansı birgə idarəetməni qeyri-məqbul sayır.

Ukraynanın müttəfiqləri üçün əsas narahatlıqlardan biri Putinin rəsmi atəşkəsə razılaşması və Trampın “uğur” elan etməsinə imkan verməsi ilə bağlıdır.Rusiya isə burada sabitliyi pozmaq üçün sabotaj, hibrid müharibə və Ukrayna seçkilərinə müdaxilə kampaniyasını davam etdirəcək.

“Putin hakimiyyətdə qaldığı, Rusiya kütləvi etirazlarla iflic olmadığı və büdcədə silah üçün vəsait olduğu müddət ərzində müharibə davam edəcək”, - Karnegi “Rusiya-Avrasiya” Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya vurğulayıb.

Onun fikrincə, Kreml uzun sürən maliyyə və iqtisadi böhran yaransa belə əhəmiyyətli güzəştlərə getməyəcək.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
16
1
azvision.az

2Mənbələr