Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan, Türkiyə vəGürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cuüçtərəfli iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olanTürkiyə Respublikası Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələrkomitəsinin sədri Fuad Oktay ilə görüşüb.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.
Görüşdə üçtərəfli görüşün əhəmiyyəti vurğulanaraq, Azərbaycan,Gürcüstan və Türkiyə arasında üçtərəfli münasibətlərin regiondasülhə, sabitliyə, əməkdaşlığa və iqtisadi inkişafa töhfə verdiyibildirilib. Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, bugün həm regionumuzda, həm də qlobal səviyyədə baş verən proseslər,mövcud olan çağırışlar parlamentlərimizin xarici əlaqələrkomitələrinin birgə işinin davam etdirilməsini labüd edir.Vurğulanıb ki, üçtərəfli parlament əməkdaşlığı çərçivəsindəreallaşdırılan bu mühüm tədbir ölkələrimiz arasındaparlamentlərarası münasibətlərin səviyyəsinin daha da artırılmasınaxidmət edir.
Xarici əlaqələr komitəsinin sədri Fuad Oktay TürkiyəRespublikası Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşunsalamlarını Milli Məclisin sədrinə çatdırıb, Sahibə Qafarova onunda salamlarını TBMM sədrinə çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərə dairdə fikirlər səsləndirilərək, bildirilib ki, ölkələrimiz arasındaəlaqələr Ümummilli Lider Heydər Əliyevin “Bir millət iki dövlət”şüarına uyğun şəkildə inkişaf edir. Spiker Sahibə Qafarova deyibki, Azərbaycanla Türkiyə həm sevincli, həm də kədərli günlərdə biryerdə olduqlarını bütün dünyaya nümayiş etdirirlər. Vurğulanıb ki,dövlət başçılarımızın qardaşlıq əlaqələri bu münasibətlərinçoxşaxəli inkişafındakı ən mühüm amildir. Məhz onlar ikitərəfliəməkdaşlığın gündəliyini müəyyən edir və bu əməkdaşlığın inkişafistiqamətləri üzrə müvafiq tapşırıqları verirlər.
Fuad Oktay qeyd edib ki, daha geniş regionda mövcud olangərginliklər fonunda qardaş ölkələrimiz arasında əməkdaşlıqsabitlik amili kimi çıxış edir. Ölkələrimiz arasında iqtisadiəlaqələrin mühüm əhəmiyyəti qeyd olunaraq, bu sahədə münasibətlərindaha da dərinləşməsində parlamentlərin də rolu diqqətə çatdırılıb.Söhbət zamanı Azərbaycan və Türkiyənin birgə həyata keçirdiklərimühüm layihələrdən bəhs edilib.
Spiker Sahibə Qafarova qeyd edib ki, dövlət başçılarınınikitərəfli əlaqələrin inkişafına dair iradəsini parlamentlərsəviyyəsində də tam şəkildə əks etdirmək üçün bütün imkanlardanistifadə olunur. Parlament üzvləri il ərzində çoxsaylı səfərlər,görüşlər keçirirlər, əlaqələrin yüksək səviyyədə inkişafı üçünbütün addımlar atılır. O cümlədən, beynəlxalq parlamenttəşkilatlarında yüksək səviyyədə qarşılıqlı dəstək və birgəfəaliyyət mövcuddur.
Görüşdə həmçinin ötən ilin avqustunda Vaşinqton Zirvə Görüşündənsonra regionda yaranmış vəziyyət, Zəngəzur dəhlizinin fəaliyyətəbaşlamasından sonra əməkdaşlıq üçün yaranacaq yeni imkanlar ocümlədən, qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirmübadiləsi aparılıb.