AZ

Niderlandın qaz ehtiyatları rekord həddə azaldı

Niderlandda qaz ehtiyatları rekord səviyyəyə enib, anbarlar cəmi 11 faiz doldurulub.

Moderator.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə qaz nəqli şəbəkəsi operatoru "Gasunie" məlumat yayıb.

Məlumata görə, Avropa üzrə orta hesabla yeraltı qaz anbarları təxminən 30% doldurulub. Bu da Niderlandın göstəricilərindən xeyli yüksəkdir.

Krallığa qaz bir neçə kanal vasitəsilə daxil olur: bir hissəsi ölkə daxilində hasil edilir, tədarüklər, həmçinin Belçika və Fransa vasitəsilə həyata keçirilir. Mayeləşdirilmiş təbii qaz isə mütəmadi olaraq dəniz yolu ilə gəlir. Bu fonda "Gasunie" hələlik tədarüklərin sabitliyinə təhlükə görmür.

Qeyd olunur ki, geosiyasi amillərlə əlaqədar Niderlandın yeni hökuməti strateji ehtiyatların formalaşdırılmasına yanaşmanı yenidən nəzərdən keçirə bilər.

Seçilən
1
moderator.az

1Mənbələr