ain.az bildirir, Fanat portalına istinadən.
FIFA Meksikada qeydə alınan kütləvi iğtişaşlar səbəbindən DÇ-2026-nın bu ölkədəki oyunlarını, eləcə də qitələrarası pley-off matçlarını ABŞ və ya Kanadaya köçürmək barədə düşünür.
Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, fevralın 22-də Meksika xüsusi xidmət orqanlarının "Xalisko Yeni Nəsil" narkokartelinin "El Menço" ləqəbli başçısı Ruben Nemesio Oseqera Servantesi öldürməsindən sonra ölkədə yaranan gərginlik səngiməyəcəyi təqdirdə, ali futbol qurumu hərəkətə keçəcək.
Cinayətkar qruplaşmaların ölkənin bir neçə şəhərində törətdiyi kütləvi iğtişaşlar və silahlı toqquşmalar artıq yerli futbol çempionatının bəzi oyunlarının təxirə salınması ilə nəticələnib. Bu isə o deməkdir ki, təhlükəsizlik zəmanəti verilməyəcəyi halda, FİFA martda Qvadalaxara və Monterreydə keçirilməsi planlaşdırılan pley-off turnirinin məkanını dəyişmək məcburiyyətində qalacaq.
Meksikanın dünya çempionatının açılış oyunu da daxil olmaqla, ümumilikdə 13 matça evsahibliyi etməsi nəzərdə tutulur.
DÇ-2026 iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada keçirilməlidir.
Abunə Ol
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.