AZ

"Fənərbağça"da ciddi itkilər - 6 futbolçu sıradan çıxdı

BAKI, 24 fevral. TELEQRAF

“Fənərbaxça” Türkiyə Superliqasının XXIII turunda “Kasımpaşa” ilə oyunda zədələnən futbolçuların son durumu ilə bağlı açıqlama yayıb.

Teleqraf xəbər verir ki, bu barədə “sarı-lacivərtlilər” rəsmi saytında məlumat paylaşıb.

Açıqlamada bildirilir ki, futbolçular Çağlar Söyüncünün sağ arxa bud əzələsində qismən yırtıq, Anderson Taliskanın sol arxa bud əzələsində qismən yırtıq, Edersonun sol arxa bud əzələsində gərginlik, Ceyden Ostervoldenin isə sağ qasıq nahiyəsində gərginlik müəyyən edilib.

Qeyd olunur ki, Ederson və Ostervolde təxminən 2 həftə, Söyüncü və Taliska isə 3–4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Xatırladaq ki, daha öncə UEFA Avropa Liqasının pley-off mərhələsində “Nottingem Forest”lə (İngiltərə) oyunda zədələnmiş Milan Skriniarın sağ qasıq nahiyəsində qismən yırtıq aşkarlanmışdı. “Sarı-lacivərtlilər”də ayaq biləyindən zədələnən Edson Alvarez isə bir neçə gün əvvəl əməliyyat olunub.

Seçilən
4
teleqraf.com

1Mənbələr