ABŞ-ın avtomobil şirkəti Ford, Explorer SUV modelinin arxa asqısının birləşdirici çubuqlarında sınıq riski səbəbindən ABŞ-da 400.000-dən çox avtomobili geri çağıracağını bildirdi.
Turkustan.az xəbər verir ki, ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) Ford Explorer avtomobillərinin arxa asqı dayaqlarında sınıq riskinin aşkarlandığını bildirib.
Bəyanatda izah edilir ki, bu hissədəki nasazlıq sürücünün sükan çarxına nəzarəti itirməsinə və ciddi qəzalara səbəb ola bilər.
Digər tərəfdən, Ford-un təhlükəsizlik xəbərdarlığı yalnız Explorer modelləri ilə məhdudlaşmadı. Şirkət həmçinin akkumulyator nasazlığı və əyləc pedallarının nasazlığı səbəbindən 40.655 avtomobili geri çağıracaq.
Bildirilib ki, bütün təmir və ehtiyat hissələrinin dəyişdirilməsi xidmətləri səlahiyyətli dilerlərdə pulsuz həyata keçiriləcək.
Aytən Yaşar/ Turkustan.az