Əgər Britaniya və Fransa Ukraynaya nüvə silahı verərsə, Rusiya hər cür silahla cavab verəcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiya mediasına açıqlamasında deyib.
Onun sözlərinə görə, müharibə edən ölkəyə nüvə silahı vermək vəziyyəti kökündən dəyişdirə bilər.
"Bu baş verərsə, Rusiya Ukraynada təhlükə yaradan hədəflərə qarşı qeyri-strateji nüvə silahı da daxil olmaqla hər cür silahdan istifadə etmək məcburiyyətində qalacaq. Lazım gələrsə, nüvə silahları Rusiya ilə nüvə müharibəsində iştirak edən təchizatçı ölkələrə qarşı da istifadə ediləcək. Buna şübhə olmamalıdır. Rusiyanın bu şəkildə cavab vermək hüququ var", - deyə o xəbərdarlıq edib.