AZ

Epşteyn sənədləri gizli anbarlarda saxlanılır - "The Telegraph"

ABŞ-da yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi idarə etdiyi iddiası ilə mühakimə olunarkən həbsxanada ölü tapılan milyarder Epşteynin kompüterləri və fotoşəkilləri də daxil olmaqla bəzi materiallarını ABŞ-dakı gizli saxlama yerlərində gizlətdiyi məlum olub.

Turkustan.az xəbər verir ki, Britaniyanın "The Telegraph" qəzetinin verdiyi məlumata görə, qəzetin əldə etdiyi sənədlər göstərir ki, Epstein Floridadakı evindən avadanlıqları çıxarmaq üçün özəl detektivlərə pul ödəyib. Epsteinin bunu müstəntiqlərin sözügedən materialları tapmasının qarşısını almaq üçün etdiyi ehtimal olunur.

Qəzetin əldə etdiyi sənədlərə görə, Epstein ABŞ-da altı anbar icarəyə götürüb və kompüterləri də daxil olmaqla bəzi əşyalarını Karib dənizindəki şəxsi adası olan Little Saint James-də saxlayıb. Qəzetin əldə etdiyi kredit kartı qeydləri də göstərir ki, Epstein 2003-cü ildən başlayaraq ən azı bir anbar icarəyə götürüb və ödənişlər 2019-cu ildə ölümünə qədər davam edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
20
1
turkustan.az

2Mənbələr