AZ

Meksikada yaşananlar FİFA nı radikal addımlar atmağa vadar edə bilər

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

FİFA Meksikada keçirilməsi planlaşdırılan qitələrarası pley-off oyunlarını təxirə salmağı düşünür. Sport24.az "The Athletic"ə istinadən xəbər verir ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçirilməsi planlaşdırılan mundialın oyunları da təhlükə altındadır.

Təhlükəsizlik rəsmiləri və kommersiya tərəfdaşları ciddi narahatlıqlar bildirərsə, matçların təxirə salınması nəzərdən keçiriləcək. Meksikada narkotik kartelinin liderinin qətlindən sonra iğtişaşlar davam edir. Silahlılar hüquq-mühafizə orqanlarına müqavimət göstərirlər ki, bu da iğtişaşlara və atışmalara səbəb olur.

Qeyd edək ki, Yamayka, Konqo və Yeni Kaledoniya arasında dünya çempionatına vəsiqə uğrunda pley-off oyunları martın 26-31-i aralığında baş tutacaq. On minlərlə azarkeşin artıq final mərhələsinə bilet alması və otel sifariş etməsi vəziyyəti çətinləşdirir. Tunir təxirə salınarsa, FİFA azarkeşlərə kompensasiya ödəməyə borclu olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
sport24.az

1Mənbələr