AZ

Metsola Ukrayna üçün 90 mlrd. avroluq kredit sənədini imzalayıb

Avropa Parlamenti adından Ukraynanı dəstəkləmək məqsədilə 90 milyard avro məbləğində kredit sənədini imzaladım.

APA xəbər verir ki, bu barədə Avropa Parlamentinin Prezidenti Roberta Metsola “X” hesabında bildirib.

Onun sözlərinə görə, yeni kredit paketi vasitəsilə əsas dövlət xidmətlərinin fəaliyyətini davam etdirmək, Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək, birgə təhlükəsizliyi və azadlığı qorumaq, gerçək və davamlı sülhə nail olmaq, Ukraynanın gələcəyini Avropaya inteqrasiya etmək qarşıya məqsəd qoyulub.

Qeyd edək ki, kredit paketi hələ Avropa İttifaqı Şurasının son təsdiqini tələb edir. Macarıstan hazırda onun qəbul edilməsini əngəlləyir. 90 milyard avroluq proqram 2026 və 2027-ci illər üçün nəzərdə tutulub, o cümlədən hərbi ehtiyaclar üçün 60 milyard avro və büdcə dəstəyi üçün 30 milyard avro.

Seçilən
9
2
apa.az

3Mənbələr