AZ

KOBİA ilə AZPROMO birləşdirildi: Yeni Agentlik yaradıldı

KOBİA ilə AZPROMO birləşdirildi: Yeni Agentlik yaradıldı

Azərbaycan Prezidenti İlham Əliyev mikro, kiçik və orta biznesin inkişafı, investisiyaların və ixracın təşviqi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

AFN.az xəbər verir ki, Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi” (KOBİA) və “Azərbaycan İnvestisiyaların və İxracın Təşviqi Agentliyi – AZPROMO” publik hüquqi şəxsləri birləşdirilib. Onların əsasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi yaradılıb.

Yeni yaradılan Agentlik mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, qeyri-neft sektoru üzrə investisiyaların və ixracın təşviqi istiqamətində fəaliyyət göstərəcək. Qurum sahibkarların maraqlarının qorunmasında iştirak edən və dövlət orqanlarının bu sahədəki xidmətlərini əlaqələndirən İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan vahid orqandır.

Fərmana əsasən, Agentliyin işçilərinin say həddi cəmi 370 ştat vahidi müəyyən edilib. Bundan 291 ştat vahidi qurumun Aparatının, 79 ştat vahidi isə regional bölmələrin payına düşür.

Seçilən
10
42
afn.az

10Mənbələr