ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də Belarusun Azərbaycanda səfiri Dmitri Pineviç Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) olub.
Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.
DİA-nın rektoru akademik Urxan Ələkbərov qeyd edib ki, Azərbaycan ilə Belarus arasında qarşılıqlı hörmət və etimada söykənən münasibətlər son illər daha da möhkəmlənib, əməkdaşlıq istiqamətləri genişlənib və bu prosesdə təhsil sahəsi xüsusi əhəmiyyət daşıyır.
Səfir Dmitri Pineviç Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında olmaqdan məmnunluğunu diqqətə çatdırıb. O qeyd edib ki, Belarus ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən, elm, mədəniyyət və humanitar istiqamətlərdə əlaqələr genişlənməkdədir və bu tendensiya ali təhsil müəssisələri arasında əməkdaşlıq üçün yeni imkanlar yaradır. Səfir Akademiyanın fəaliyyəti, tədris infrastrukturu və elmi mühiti ilə yaxından tanış olmasının onda yüksək təəssürat yaratdığını vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran mövzuların müzakirəsilə davam edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.