AZ

Fuad Oqtay: Münasibətlərimiz getdikcə daha da dərinləşir və genişlənir

Bakı, 24 fevral, AZƏRTAC

Regional problemlərin həlli baxımından əməkdaşlıq olduqca vacibdir. Türkiyə Gürcüstan və Azərbaycanla birgə fəaliyyətlər həyata keçirir. Əməkdaşlığımız müdafiə, enerji, nəqliyyat, mədəniyyət, təhsil və rəqəmsallaşma sahələri ilə məhdudlaşmır. Münasibətlərimiz getdikcə daha da dərinləşir və genişlənir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin onuncu üçtərəfli iclasında Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Fuad Oktay deyib.

O vurğulayıb ki, bu tərəfdaşlığın əsasını xalqlar arasında mövcud olan dostluq və qarşılıqlı etimad təşkil edir. Üçtərəfli əməkdaşlıq beynəlxalq sülhə və rifaha daha da güclü töhfə verəcək.

“Eyni zamanda, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin davam etməsi, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi regionda davamlı sülhün və sabitliyin təmin olunmasına mühüm töhfə verəcək”, - deyə Fuad Oktay əlavə edib.

Seçilən
16
3
azertag.az

4Mənbələr