Azərbaycanın Xalq artisti Alim Qasımov Bakıda Qaradağ rayonu, Güzdək qəsəbəsində karton-kağız istehsal edən fabrik açması barədə yayılan xəbərlərə münasibət bildirib.
Xalq artisti Pravda.az-a açıqlamasında deyib ki, işlə oğlu məşğuldur.
“25 ildir, oğlum bu işlə məşğuldur. Zavod deyəndə ki, köhnə istehsalat yeridir. Bunu kim özündən xəbər düzəldib, hardan çıxıb, bilmirəm. Yazıblar, yazıblar də. Onsuz da yazırlar...” - A.Qasımov bildirib.
Aytəkin Qardaşova
Tarix: 24 Fevral 2026, 16:36